Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda deyib ki, sizin səfərinizdən öncə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə söhbət edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Putinin sözlərinə görə, Rusiya ilə Qazaxıstan arasındakı münasibətlər təsdiq edir ki, Moskva qonşularının suverenliyini dəstəkləyir.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş başladı - VİDEO
"Mən bu gün sizin səfərinizdən əvvəl Qazaxıstan prezidenti ilə danışdım. Bu, ikinci çox gözəl nümunədir ki, Rusiya qonşularının suverenliyini dəstəkləyir, onu hər cəhətdən gücləndirir. Qazaxıstanın xahişi ilə biz KTMT çərçivəsində onları dəstəklədik, problem aradan qalxan kimi bütün silahlı qüvvələrimizi çıxardıq və indi də bu ölkə ilə bütün sahələrdə əməkdaşlığı davam etdiririk. Bu, təbii ki, həm Rusiyaya, həm də Qazaxıstana xeyir verir”, - Putin bildirib.
Bizim.Media