Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi?

Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi?

Hazırda oxunan: Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi?

61296

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, qeyd olunub ki, Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzlanması iki ölkənin elmi, ali və peşə-texniki təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, gürcü və Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətinin artırılmasına töhfə verəcək.

Vurğulanıb ki, Gürcüstan tərəfi Azəbaycandakı gürcüdilli, Gürcütandakı azərbaycandilli ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisas artımı  itiqamətində işlərini davam etdirəcək.

Bildirilib ki, Gürcüstan hökuməti keyfiyyətli təhsilin əlçatanlığının genişləndirilməsi, Azərbaycan dilində təhsil alanların dövlət dilinə yiyələnməsi istiqamətində səylərinin artırılmasına sadiqdir.
Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan səfiri Faiq Quliyev də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO