Tahir Mirkişilidən ERMƏNİLƏRƏ: “Əgər revanşist fikirlərə düşsəniz...”

Tahir Mirkişilidən ERMƏNİLƏRƏ: “Əgər revanşist fikirlərə düşsəniz...”

Hazırda oxunan: Tahir Mirkişilidən ERMƏNİLƏRƏ: “Əgər revanşist fikirlərə düşsəniz...”

61270

“Biz gələcəkdə silahlı münaqişə olmamasına çalışmalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı deputatlar İrəvana gəldilər


Tahir Mirkişili deyib ki, o, azad olunmuş ərazilərdəki evinə baş çəkib:

“Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz”.

Azərbaycanlı deputat Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan Tahir Mirkişili qeyd edib ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir: “Əgər ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti o qüvvələrə həm bu gün, həm də gələcəkdə lazımi cavab verməyə hazır olacaqlar! Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”.

Cənubi Qafqazın strateji məkan olduğunu, yolların qovşağında yerləşdiyini vurğulayan Tahir Mirkişili Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının resurslardan necə istifadə etməyi yaxşı bildiklərini söyləyib:

“3+3” formatında ilk görüş Moskvada keçirilib. Növbəti iclasın Tehranda keçirilməsi planlaşdırılır. Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran daxildir. Bu format dayanıqlı sülhün, iqtisadi inkişafın təmini üçün mühüm formatdır. Əgər biz qlobal təhlükəsizlik barədə düşünsək, ilk növbədə ölkələr daxilində təhlükəsizlik təmin edilməlidir. İkincisi, region ölkələri arasında yaxşı əlaqələr qurulmalıdır.

Bunun üçün də Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Üçüncüsü, Cənubi Qafqazda ölkələr müxtəlif geopolitik seçim hüququna malikdir. Məsələn, Ermənistan bir hərbi blokun üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, Gürcüstan isə hərbi bloklara qoşulmayıb, gələcəkdə onların seçim imkanları olacaq.
 

Bu üç ölkənin hər biri fərqli geopolitik səylər göstərir. Əgər Cənubi Qafqazda sülh istəyiriksə, düşünməliyik ki, bütün bunları gələcəkdə necə birləşdirə bilərik”.


Qeyd edək ki, komitə iclasında Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, “Hayastan” fraksiyanın üzvü Artur Xaçatryan, habelə Anna Qriqoryan Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu iddia edib, Azərbaycan və Türkiyəni ittiham ediblər (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO