Gözlənilən SƏFƏR: Arayikin Bakıya gətirilməsi Kremldə müzakirə oluna bilər

Gözlənilən SƏFƏR: Arayikin Bakıya gətirilməsi Kremldə müzakirə oluna bilər

Hazırda oxunan: Gözlənilən SƏFƏR: Arayikin Bakıya gətirilməsi Kremldə müzakirə oluna bilər

0:00
0:00
60860

“Heç şübhəsiz ki, cənab Prezidentin Rusiyaya ehtimal olunan səfəri məhz Ukrayna ətrafında yaranmış gərginliklə birbaşa bağlıdır. Bildiyimiz kimi, Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə qarşılıqlı strateji əməkdaşlığı mövcuddur. Burada ilk növbədə ölkə başçıları arasında mövcud olan səmimi, etibarlı münasibətləri və liderlik xüsusiyyətlərini qeyd etmək lazımdır”. 

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində politoloq Amid Əliyev qeyd edib.

Belə ki, bəzi yerli və Rusiya KİV-lərində Azərbaycan Prezidenti İlham Əliyevin gələn həftə Moskvaya rəsmi səfər edəcəyi ilə bağlı informasiyalar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Arutyunyan Bakıya gətiriləcəkmi? – Hüquqi TƏLƏB  


Prezidentin Rusiyaya mümkün səfərini şərtləndirən səbəbləri şərh edən politoloq bu addımın Ukrayna böhranı ilə bağlılığına diqqət çəkib:

“Qərbin Rusiyaya qarşı yaratmış olduğu KİV, diplomatiya və təzyiqləri fonunda Azərbaycan prezidenti artıq Ukraynaya səfər edib. Səfər özlüyündə həm strateji, həm də diplomatik xarakter daşıyırdı. Təbii ki, bu səfərdən sonra Rusiya ilə də hansısa platforma daxilində görüşün keçirilməsini ehtimal etmək olardı ki, bunu da bu günlərdə biz gördük”. 

Amid Əliyevin sözlərinə görə, regionda yeni bir müharibə Azərbaycana da öz təsirlərini göstərəcək: 

“Rusiya bölgədə sülhün qarantı rolunda çıxış edir. Azərbaycan Türkiyə strateji tandemi hazırda bölgədə yeni reallığın qorunmasına xidmət edir. Bu prizmadan yanaşsaq Türkiyə səfəri öncəsi Azərbaycan prezidentinin Rusiya səfəri məntiqli və məqsədəuyğun görünür. Bölgədə yeni müharibə ocağının yaranması ümumilikdə coğrafi mənada yeni iqtisadi, siyasi, sosial və diplomatik ziddiyyətlərin yaranmasına gətirib çıxara bilər. Bu da öz növbəsində Azərbaycana da öz təsirini göstərəcək.

Digər məqam isə son zamanlar Azərbaycanın qaz təchizatı ilə bağlı Avropa ölkələri ilə ikitərəfli və Avropa təsisatları ilə qarşılıqıı görüşləri Rusiyanı narahat edə bilər. Bu mənada görüş zamanı Ukrayna böhranı, strateji müttəfiqlik kimi məsələlər ön planda olacaq”.

Politoloq, Ukrayna böhranı ilə yanaşı Cənubi Qafqazdakı vəziyyətin də görüşün gündəliyində mühüm yer tutacağını istisna etməyib:

“Sülhməramlıların bölgədə xidməti, separatçı rejimin ərazidən çıxarılması, sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı məsələlərin gündəlikdə olma ehtimalı çoxdur.

Eyni zamanda sülhmərmalıların bölgədəki xidməti fonunda erməni separatçıları və silahlı qüvvələri tərəfindən son zamanlar atəşkəsin pozulması, eyni zamanda Arayik Arutyunyanın həbs olunaraq, Bakıya ekstradisiya edilməsi məsələləri də gündəliyə salına bilər. Çünki Arayikin cinayətkar olduğu bəllidir və o, Gəncənin bombalanmasının məsuliyyətini öz üzərinə götürüb”.

Murad Əhmədov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO