Rusiya Ukrayna sərhədindən qoşunlarını niyə geri çəkdi? - Zərdüşt Əlizadədən DETALLAR 

Rusiya Ukrayna sərhədindən qoşunlarını niyə geri çəkdi? - Zərdüşt Əlizadədən DETALLAR 

Hazırda oxunan: Rusiya Ukrayna sərhədindən qoşunlarını niyə geri çəkdi? - Zərdüşt Əlizadədən DETALLAR 

60429

Həftələrdir bütün dünyanın diqqətini özünə cəlb etməyi bacaran Rusiya-Ukrayna böhranda gərginliyin azalmasına yönələn yeniliklər baş verməkdədir. Xüsusilə də, prosesin müqəssir tərəfi kimi qəbul olunan Rusiyanın öz sərt ritorikasından müəyyən qədər əl çəkdiyi sezilir.

Belə ki, fevralın 15-də Ukrayna ilə sərhəd bölgələrinə göndərilmiş Rusiya qoşunlarının bir qismi öz hərbi hissələrinə qaytarılıb.

Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin də dialoqa hazır olduğunu elan edib.

Uzun müddətdir ki, NATO-dan özünün “qırmızı xətləri” ilə bağlı zəmanət istəyən Kremlin mövqeyində müşahidə olunan yumşalmalar Qərblə Rusiya arasında müəyyən razılaşmaların əldə olunması ehtimalını gündəmə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya cəmiyyəti Ukrayna ilə müharibə istəyirmi? - VİDEO


Mövzunu Bizim.Media üçün şərh edən politoloq Zərdüşt Əlizadənin qənaətinə görə, Rusiya istəklərinə nail olduqdan sonra geri çəkilməyə razılıq verib:

“Əlbəttə ki, ağlı olan istənilən siyasətçi istənilən hərəkətin aqibətini də düşünməyi bacarmalıdır. Rusiya da, Qərb də məlum gərginliyi aradan qaldırmaq üçün lazımi addımlar atdılar. Qərb bildirdi ki, Rusiyanın irəli sürdüyü tələblər siyahısından əksəriyyətini qəbul etməyə hazırdır, yalnız birindən başqa. O da NATO-nun genişlənməməsi tələbidir. Amma əməli olaraq, Qərb nə Ukrayna, nə də Gürcüstanın NATO-ya qəbul edilməyəcəyinin zəmanətini verib”.

Politoloq Kremlin onu gözləyən aqibəti əvvəlcədən sezməsinin də yumşalmada önəmli pay sahibi olduğunu diqqətə çatdırıb:

“Rusiya tərəfi isə istəklərinə nail olduqdan sonra geri çəkilməyə başladı. Çünki müharibəyə başlasa, Rusiya ölkə kimi, dövlət kimi dağılacaq. Ona görə də, Rusiya bu aqibəti görüb geri çəkildi. Təbii ki, istənilən nəticəni əldə etdikdən sonra. Nəticə əldə edib o mənada ki, Qərb Rusiyanın təhlükəsizlik məsələləri ilə bağlı razılaşmağa hazır olduğunu bildirib”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO