Məlahət İbrahimqızı vitse-spikerlə qalmaqalına AYDINLIQ GƏTİRDİ - VİDEO

Məlahət İbrahimqızı vitse-spikerlə qalmaqalına AYDINLIQ GƏTİRDİ - VİDEO

Hazırda oxunan: Məlahət İbrahimqızı vitse-spikerlə qalmaqalına AYDINLIQ GƏTİRDİ - VİDEO

60395

Xəbər verdiyimiz kimi, Milli Məclisin fevralın 15-də keçirilən plenar iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.  

Belə ki, Fəzail İbrahimli deputatın ötən iclasda qaldırdığı məsələyə münasibət bildirərəkən yer üzündə cəhalətə qarşı qanunun qəbul olunduğu və ya orada cəhalətin kökünün kəsildiyi ölkənin olmadığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin vitse-spikeri ilə deputat arasında MÜBAHİSƏ: “Mən parlamentə dünən gəlməmişəm” - VİDEO 


Fəzail İbrahimlinin bu fikirlərinə Məlahət İbrahimqızının cavabı isə mübahisəni daha da alovlandırıb.

Fəzail İbrahimli ilə aralarında baş verən mübahisə haqqında Bizim.Media-ya danışan millət vəkili Məlahət İbrahımqızı sözügedən hadisənin normal olduğunu bildirib:

“Parlament müzakirə, mühakimə, debat, polemika yeridir. 125 millət vəkili var, fərqli partiyalar var. Burada əlbəttə ki, kiminsə dediyini o birilər təkrar edəsi deyil. Eyni problemlə bağlı vitse-spiker də həmin düşüncədə idi. Onun baxışı, yanaşması başqa cür idi, mənim yanaşmam başqa cür. Anlaşmazlıq oldu bitdi, burada nə var ki? Problemi bildirmişəm.
 

Necə uyğun olacaq, qanuna sala biləcəklərmi, bunun mexanizmini ekspertlər bilirlər. Məsələni uzatmaq düzgün deyil”.


Qeyd edək ki, Milli Məclisdə iclasında “Dini etiqad haqqında” qanunun birinci oxunuşu zamanı Məlahət İbrahimqızı Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyətinin cahil vəziyyətdə olduğunu bildirərək, deputatları sözügedən məsələnin qanunla tənzimlənməsinə dəstək verməyə çağırmışdı.

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO