Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Hazırda oxunan: Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

602239

İranla apardığı müharibədə Hörmüz boğazı məsələsində çətinliyə düşən ABŞ-ın yardım çağırışlarına demək olar ki, bütün Avropa ölkələri “yox” cavabı verib. Hətta qitənin aparıcı ölkələri olan Böyük Britaniya, Almaniya, Fransa belə Vaşinqtonun çağırışlarını müsbət cavablandırmayıb. Aİ-nin son toplantısı da Vaşinqtonun onlarla bağlı ümidlərini doğrultmadı. Nəticədə ABŞ hazırda çıxılmaz durumda qalıb.

Belə duruma düşəndə adətən Tramp qarşı tərəfdən qisas almaq yolunu tutur. Bu mənada gözlənilir ki, Tramp Aİ-ni İranla bağlı sərgilədiyi mövqeyə görə cəzalandırmağa çalışacaq.  
 

MÖVZU İLƏ BAĞLI:

Körfəz ölkələri ABŞ-dan xahiş etdi: İrana qarşı əməliyyatı dayandırma!


Görəsən, Tramp Avropadan bunun qisasını necə alacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, ABŞ çox problemli bir vəziyyətlə üzləşib:

“Bu Donald Tramp üçün həlli çətin olan bir dilemmadır. Avropa və NATO İranla bağlı məsələdə ABŞ-a kömək etməkdən boyun qaçırır. Yaxın Şərqdə cərəyan edən məsələyə beynəlxalq qanunvericilik prizmasından yanaşsaq prosesin təcavüz adlanan bir gediş olduğunu görərik. Hansı ki, bu təcavüzdə də ABŞ İsrailin yanında yer aldı. Venesuelaya müdaxilədən sonra Tamp elə bilirdi ki, İran məsələsi də onun üçün yüngül olacaq”.

Politoloqun fikrincə, mövcud vəziyyətdə Ağ Evin Aİ-yə münasibətdə aqressivliyi bir qədər də artacaq. Lakin ekspert hesab edir ki, Tramp bütün hallarda Avropanı tutduğu mövqedən çəkindirə bilməyəcək:
 

“Tramp və komandası avropalıları hər fürsətdə aşağılayır, onlara münasibətdə saymamazlıq nümayiş etdirir. Avropa İttifaqı isə öz növbəsində İrana qarşı başlanan müharibəyə birmənalı şəkildə mənfi münasibət bildirdi. Belədə, prosesə qatılmaqdan imtina etməklə, qeyri-qanuni, anlaşılmayan kampaniyada Amerikanın yanında olmayacaqlarını bəyan ediblər.


Bu vəziyyətdə Vaşinqton tərəfindən Avropa ölkələrinə münasibətdə aqressivliyin bir qədər də artacağını görə bilərik. Tramp yenə də ənənəsinə sadiq qalaraq, Aİ ölkələrini tarif tətbiqilə hədələyə bilər. Lakin bunun heç bir nəticəsi olmayacaq. Amerikanın bu aqressivliyinin Avropa liderlərinin rəyini dəyişəcəyini zənn etmirəm. Əksinə, onlar dirəniş göstərəcək və bildirəcəklər ki, sözügedən kampaniyada yoxdurlar”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO