Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Hazırda oxunan: Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

602130

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.
 

Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.


Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO