Azərbaycan regionda sabitlik adası kimi Avropa İttifaqının xüsusi diqqətinə layiqdir

Azərbaycan regionda sabitlik adası kimi Avropa İttifaqının xüsusi diqqətinə layiqdir

Hazırda oxunan: Azərbaycan regionda sabitlik adası kimi Avropa İttifaqının xüsusi diqqətinə layiqdir

601605

Azərbaycan təzyiq altında olan regionda sabitlik adası kimi Avropa İttifaqının (Aİ) xüsusi diqqətinə layiqdir. Bizim qarşılıqlı əməkdaşlıq əlaqələrimiz inkişaf edir. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş sayılır.

Bizim.Media xəbər verir ki, bu sözləri Belçikanın sabiq Baş naziri İv Löterm XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Enerji və infrastruktur sahəsində tərəfdaşlıq naminə dəhlizlərin genişləndirilməsi” mövzusunda paneldə deyib.

O bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük imkanlar yaradılıb və yeni dövrün tələblərinə adaptasiya olunur. Azərbaycanda son 15-20 il ərzində heyranlıq doğuran nailiyyətlər müşahidə olunur. Biz anlamalıyıq ki, Azərbaycanın diqqətini qazanmaq lazımdır. Biz Azərbaycana dialoq aparılması zəruri olan tərəfdaş kimi hörmət etməyə borcluyuq”.

İ.Löterm vurğulayıb ki, əməkdaşlığı daha da genişləndirmək vacibdir. Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri tərəflərin tərəqqisinə xidmət edir.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və enerji sahəsində əməkdaşlığı davam etdirmək zəruridir”, - deyən keçmiş Baş nazir vurğulayıb ki, münasibətlərin indiki mərhələsinin daha da inkişaf edəcəyi şübhəsizdir. Lakin bunun üçün tərəflər səylərini artırmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO