Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib. Bu barədə o, “X” hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, Koşta bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyini bildirib:
“Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir. Son bir ildə biz münasibətlərimizi yenidən canlandırmışıq. Biz təhlükəsizlik, enerji, rəqəmsal sahə və nəqliyyat istiqamətlərində əməkdaşlığımızı daha da dərinləşdirməyə sadiqik.
Həmçinin sürətlə dəyişən geosiyasi vəziyyət fonunda son inkişafları da müzakirə edəcəyik”.

Bizim.Media
































































































