Ukraynalı ekspertdən PROQNOZ: Yaxın illərdə bizi nə gözləyir, müharibə, yoxsa proksi modellər?

Ukraynalı ekspertdən PROQNOZ: Yaxın illərdə bizi nə gözləyir, müharibə, yoxsa proksi modellər?

Hazırda oxunan: Ukraynalı ekspertdən PROQNOZ: Yaxın illərdə bizi nə gözləyir, müharibə, yoxsa proksi modellər?

60058

Hazırda dünyada baş verənlərin yaxın gələcəkdə hansı dəyişikliklərə gətirəcəyi hamını maraqlandırır. Ukrayna Strateji Araşdırmalar İnstitutunun mütəxəssisi Mikola Zamikulanın fikrincə, güclərin geosiyasi balansı baxımından qlobal liderliyə iddialı dövlətlər arasında qarşıdurmanın daha da kəskinləşməsi gözlənilir. Yeni dünya düzəninin əsas xüsusiyyəti ABŞ və Çin arasındakı qarşıdurmadır:

“Biz həmçinin Rusiya Federasiyasının aktiv ekspansionist siyasətinin davam edəcəyini gözləməliyik”. 

Bizim.Media üçün hazırladığı şərhdə politoloq həmçinin bildirib ki, Moskva özünü fövqəldövlət kimi təqdim etməyə nə qədər çalışsa da, potensial baxımından Vaşinqton və Pekindən açıq-aydın geri qalır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna sərhədində gərginlik azalmır - Masanın üstündə 3 ssenari var


Lakin bu, onun köhnə arzusunu - postsovet məkanında rus imperiya modelinin dirçəlişini reallaşdırmaq cəhdinə mane olmayacaq:

“Belə şəraitdə dövlətlər arasında birbaşa hərbi toqquşma təhlükəsi daha da güclənir. Və onların üçüncü dövlətlərin ərazisində, peyklər və tərəfdaşlar hesabına proksi qüvvələrdən istifadə edərək gizli qarşıdurmada olma ehtimalları mübahisəsizdir”. 

O ki qaldı dünya iqtisadiyyatına:

“İndi iqtisadi proqnozlar vermək çətindir. Ekspertlər hesab edirdilər ki, koronavirus pandemiyasının nəticələri uzun müddət qlobal iqtisadiyyata təsir göstərəcək - lakin indi vəziyyət birmənalı deyil; bəzi sahələrdə artıq bərpaya doğru müsbət tendensiya müşahidə olunur.
 

Ümumi tendensiya dünya siyasətində enerji amilinə yenidən baxılmasıdır. İnkişaf etmiş ölkələrin yaşıl və ya bərpa olunan enerjiyə doğru kursu neft və qaz ixracatçıları üçün təhlükə yaradır.


Onlar üçün təxirəsalınmaz vəzifə milli iqtisadiyyatın enerji resurslarının ixracından əldə edilən izafi (əlavə) mənfəətdən asılılığını aradan qaldırmaq, alternativ gəlir mənbələrinin axtarışından ibarətdir”, - deyə Zamikula fikrini tamamlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO