Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bizim.Media xəbər verir ki, nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub.
Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.
Danışıq zamanı C.Bayramov həmkarına martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumları barədə məlumat verib. Bu addımın ölkənin ərazi bütövlüyünə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
E.İbrahimoviç İranın Azərbaycana qarşı etdiyi dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirərək, Bakının mövqeyini anlayışla qarşıladığını və Azərbaycanla həmrəy olduğunu qeyd edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:15 / 06.03.2026
Monteneqronun XİN başçısı İranın Naxçıvana dron hücumunu qınayıb
Hazırda oxunan: Monteneqronun XİN başçısı İranın Naxçıvana dron hücumunu qınayıb
Hazırda oxunan: Monteneqronun XİN başçısı İranın Naxçıvana dron hücumunu qınayıb
600089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































