Əli Əsədovla Cevdet Yılmaz arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Əli Əsədovla Cevdet Yılmaz arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Hazırda oxunan: Əli Əsədovla Cevdet Yılmaz arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

600017

Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığında İran İslam Respublikası tərəfindən martın 5-də Azərbaycan Respublikasına qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.

Ə.Əsədov qeyd edib ki, ölkəmizə qarşı dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb, bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.
 

Hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə zəng edərək dərhal Azərbaycan xalqına dəstəyini bildirməsi iki ölkə arasında mövcud sarsılmaz qardaşlığın və həmrəyliyin bariz təzahürü olduğu vurğulanıb.


Baş nazir Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin yaranmış vəziyyətlə bağlı təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil edilməsi üçün göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı, həmçinin mövcud vəziyyətdən irəli gələrək gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO