Şahbaz Şərif: “Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır”

Şahbaz Şərif: “Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır”

Hazırda oxunan: Şahbaz Şərif: “Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır”

600011

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb.

Dövlətimizin başçısı göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO