ABŞ və İsraillə müharibə aparan İranın heç bir əsas olmadan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum etməsi dünya miqyasında kəskin narazılıq və etirazlara səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO
Baş verən hadisə ilə bağlı olaraq, çoxsaylı ölkələr və təşkilatlar İranın hücumunu pisləyən və Azərbaycana dəstək ifadə edən bəyanatlarla çıxış ediblər.
Bizim.Media həmin ölkələrin siyahısını təqdim edir.
Dövlət və hökumət başçıları səviyyəsində:
Türkiyə;
Özbəkistan;
BƏƏ;
Albaniya;
Latviya;
Qazaxıstan;
Pakistan;
Gürcüstan;
Moldova.
Xarici İşlər Nazirliyi və ya səfirliklər vasitəsilə hücumu pisləyən və Azərbaycana dəstəyini ifadə edən ölkələr:
Ukrayna;
Litva;
Qırğızıstan;
Fransa;
Böyük Britaniya;
İtaliya;
İspaniya;
Avstriya;
Almaniya;
İsrail;
Bolqarıstan;
Küveyt;
Montenqro;
Misir;
Suriya;
Səudiyyə Ərəbistanı;
Qətər;
İordaniya;
Macarıstan;
Belçika;
Bəhreyn;
Niderland;
Estoniya.
Hücumu pisləyən beynəlxalq və regional təşkilatlar:
Birləşmiş Millətlər Təşkilatı;
Avropa İttifaqı;
Türk Dövlətləri Təşkilatı;
Beynəlxalq Mülki Müdafiə Təşkilatı;
İslam Əməkdaşlıq Təşkilatı;
GUAM.
Qeyd edək ki, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Gürcüstan, Qazaxıstan kimi ölkələrin dövlət başçıları ilə yanaşı Xarici İşlər Nazirlikləri də İranın hücumunu qınayan bəyanatlarla çıxış ediblər.
Xatırladaq ki, martın 5-də İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında isə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq.
Rüfət Sultan, Bizim.Media

























































































