Ukrayna İranın Azərbaycana endirdiyi zərbəni pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa sosial şəbəkə X hesabında yazıb.
Nazir bildirib ki, bu hücum İranın Yaxın Şərq və Avropa ölkələrinə qarşı “məsuliyyətsiz hücumlarının” davamıdır.
“İran terrorçularının Azərbaycana və ya Ukraynaya zərər vurmaq üçün heç vaxt əsası olmayıb. Onlar pilotsuz uçuş aparatlarını Rusiyaya və digər ölkələrə verərək xaos, qətllər və sabitsizlik yaradıblar. İranın Azərbaycana hücumu bir daha göstərir ki, Tehrandakı rejim regional deyil, qlobal təhlükədir”, – deyə Sibiqa qeyd edib.
Ukrayna XİN başçısı əlavə edib ki, söhbət təkcə İrandan yox, həm də onun Rusiya kimi “terrorçu müttəfiqlərindən” gedir.
Sibiqa beynəlxalq ictimaiyyəti İran rejimindən qaynaqlanan təhdidləri neytrallaşdırmaq və Yaxın Şərqdə, eləcə də onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyi bərpa etmək üçün bütün səyləri birləşdirməyə çağırıb.

Bizim.Media























































































