"İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

"İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

Hazırda oxunan: "İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

599872

“Belə bir hücumun arxasında birbaşa İranın dayandığına əmin olmaq üçün ciddi faktlar lazımdır. Bu Azərbaycanla İranı toqquşdurmaq üçün qurulan bir tələ də ola bilər”.

Bizim.Media xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, keçmiş deputat Kürşat Atılgan deyib.

O bildirib ki, hadisənin rəsmi təsdiqindən sonra İranın bu addımının məntiqi bir izahı yoxdur:

“Naxçıvanda hər hansı bir xarici hərbi obyekt və ya ABŞ bazası olmadığı halda, oranın hədəf alınması İranın özünü beynəlxalq və regional müstəvidə çıxılmaz vəziyyətə salması deməkdir. Əgər İran həqiqətən bu hücumu həyata keçiribsə, bu, rejimin strateji düşünmə qabiliyyətini itirdiyinin və "ağlını itirdiyinin" göstəricisidir”.

O deyib ki, İranın daxilində milyonlarla Azərbaycan türkü yaşayır:

“Naxçıvana raket atmaqla İran öz daxilindəki soydaşlarımızı da qışqırtmış olur. Bu, İran dövləti üçün daxili sabitliyin pozulması və milli zəmində böyük narazılığın alovlanması riskini yaradır. Belə bir vəziyyətdə emosional deyil, rasional addımlar atılmalıdır. Hücumun səbəbi rəsmi şəkildə soruşulmalıdır. Baş verənlər regionu böyük bir xaosa sürükləyir”.
 

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.


Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı dörd mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO