“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə Dövlət başçısı vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:17 / 05.03.2026
Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir” - VİDEO
Hazırda oxunan: Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir” - VİDEO
Hazırda oxunan: Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir” - VİDEO
599864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































