Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə imzalanıb.
Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:
Şuranın sədri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Şuranın üzvləri:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Bizim.Media

























































































