Prezident və birinci xanım Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma MƏRASİMİNDƏ - FOTO/VİDEO

Prezident və birinci xanım Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma MƏRASİMİNDƏ - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və birinci xanım Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma MƏRASİMİNDƏ - FOTO/VİDEO

598591

Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib. Efiopiya Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.


Sonda rəsmi foto çəkdirilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO