Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Hazırda oxunan: Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

596142

“Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı deyib: “Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO