ABŞ-ın vitse-prezidenti: “Azərbaycana səfərim möhtəşəm idi”

ABŞ-ın vitse-prezidenti: “Azərbaycana səfərim möhtəşəm idi”

Hazırda oxunan: ABŞ-ın vitse-prezidenti: “Azərbaycana səfərim möhtəşəm idi”

595744

“Azərbaycana səfər etdiyimə görə çox şadam.”

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərini başa vurduqdan sonra hava limanında jurnalistlərə açıqlaması zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası İMZALANDI


O qeyd edib ki, Azərbaycan Prezidenti ilə bir sıra mühüm məsələləri müzakirə edib. Vens vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə sülh və ticarətin inkişafı təmin olunacaq.

ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərini əla adlandırıb və buna görə Prezident İlham Əliyevə təşəkkür edib.

Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçımızla regional və qlobal məsələləri, həmçinin terrorizmlə mübarizəni müzakirə etdiyini vurğulayıb.

“Bu, möhtəşəm səfər idi”, — deyə Vens əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO