“İran kanalları Azərbaycanda təhlükə yaradarsa, qarşısını alacağıq” – İran səfiri - VİDEOREPORTAJ

“İran kanalları Azərbaycanda təhlükə yaradarsa, qarşısını alacağıq” – İran səfiri - VİDEOREPORTAJ

Hazırda oxunan: “İran kanalları Azərbaycanda təhlükə yaradarsa, qarşısını alacağıq” – İran səfiri - VİDEOREPORTAJ

59538

Uzun illərdir İranın radio və telekanalları sərhəd qaydalarını pozur. Qonşu ölkənin radiodalğaları Azərbaycanın bəzi ərazisində, xüsusilə Lənkəran və Astara, Naxçıvan bölgələrində indi də lisensiyasız fəaliyyətdədir. İrandan fərqli olaraq isə Azərbaycan bu məsələdə yayım siyasətinə ciddi əməl edir.

Qeyd edək ki, Bizim.Media dəfələrlə bu məsələni gündəmə gətirib və aktuallığını saxlayıb. Rəqəmsal yayıma keçiddən sonra da bu barədə radio-televiziya tezlikləri mütəxəssisləri ilə məsələnin həlli istiqamətində müzakirələr aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İran radioları sərhəd qaydalarını yenə pozur – Rəqəmsal yayım ÇÖZÜM olacaqmı? 


Ancaq diapazon fərqlərinə görə, rəqəmsal yayımın ölkə ərazisində tətbiqi bu problemin həllində heç bir rol oynamayacağı bildirilib. Əksinə anoloq yayımla çıxış edən İran qurumları daha geniş meydan əldə etmiş olurlar.

Məsələ ilə bağlı Azərbaycan rəsmi qurumlarının da müdaxiləsi hələlik heç bir nəticə əldə etməyib.

Problemin bir daha diqqətə çatdırılması üçün Bizim.Media-nın əməkdaşları iki ölkənin diplomatik əlaqələrinin 30-cu ildönümü ilə bağlı İranın Azərbaycandakı səfirliyinin təşkil etdiyi mətbuat konfransında səfir Seyid Abbas Musəviyə sual ünvanlayıb. Səfir Musəvi bildirib ki, radiodalğalar sərhəd tanımır və onları məhdudlaşdırmaq mümkün deyil:

“Bu, bütün qonşu və sərhəd ölkələri arasında özünü göstərən bir məsələdir. Amma əgər bu dalğalar hər hansı təhlükə yaradarsa, biz onların texniki imkan səviyyəsində qarşısını ala bilərik”.

Xatırladaq ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 8-də jurnalistlərə verdiyi müsahibəsində İran kanallarının Azərbaycanın cənubunda kütləvi yayımının qarşısının yaxın aylarda alınması üçün lazımi tədbirlərin davam etdirildiyini bildirib.

Videomaterialı diqqətinizə təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO