Kral II Abdullah İlham Əliyevi TƏBRİK ETDİ

Kral II Abdullah İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Kral II Abdullah İlham Əliyevi TƏBRİK ETDİ

594520

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin, həmçinin həmin razılaşmanı mümkün etmiş insanların və onların göstərdiyi çox böyük səylərin tanınması və qeyd edilməsində hamınıza qoşulmaqdan böyük şərəf hissi duyuram”.

Bizim.Media xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Kralı II Abdullah "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.
 

“Zati-aliləri, əziz dostlarım, bu cür tarixi nailiyyət münasibətilə Sizi təbrik edirəm. Cəsarətli sülh seçimini etdiyinizə görə təbrik edirəm. Bu nailiyyət Sizin inanılmaz cəsarət və rəhbərlik keyfiyyətlərinizin nəticəsidir.


Uğurunuz onilliklər boyu davam etmiş münaqişəyə baxmayaraq, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir.

O, bütün dünyadakı, xüsusən də bölgədəki insanlara ümid verir ki, onlar gələcəkdə sülh, təhlükəsizlik və sabitlik şəraitində yaşasınlar, övladlarını böyütsünlər, işləsinlər və inkişaf etsinlər”, - Kral II Abdullah bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO