Putinlə Makronun Moskva görüşü çoxsaylı müzakirələrə səbəb olub. Rusiya liderinin Makrona soyuq yanaşması, aralı oturması və s. amillər Kremlin bu görüşdən narazı olduğuna dəlalət edirdi. Hər halda, bəzi ekspertlər bunun izahını belə görür:
Makronu Rusiyaya NATO göndərmişdi deyə Putin bu səfərə isti yanaşmayıb.
Makron Putinlə görüşdən özünün seçkiqabağı kampaniyası, reytinq toplaması üçün istifadə edib.
Bizim.Media ilə fikirlərini bölüşən politoloq İlqar Vəlizadə isə sadlanan fikirlərlə tam razılaşmayıb.
MÖVZU İLƏ BAĞLI:
Putinin Makronla mətbuat konfransında səsləndirdiyi TEZİSLƏR
Çünki ilk baxışdan görüşdə Rusiyanın Fransanı iqnor etdiyi görünsə də, siyasi qiymətləndirilməsi fərqlidir.
Belə ki, bu görüşdə müəyyən nəticələr əldə olunub:
“Qərb mətbuat orqanları da dərc edib ki, ilkin razılıqlar da var. Belə ki, tərəflər razılaşıb ki, Rusiya qoşunları təlimlərdən sonra Belarusdan çəkiləcək. Qərb də Ukraynaya hərbi dəstəklə bağlı öz üzərinə müəyyən öhdəliklər götürə bilər. Razılaşmalar və görüşün nəticələrinə istinad edəndə demək olmaz ki, bu görüş Putin üçün arzu olunan görüş deyildi, yaxud da Rusiya Fransa lideri ilə görüşə ciddi hazırlaşmayıb.
O ki qaldı görüşməkləri, masanın böyüklüyünə, mətbuat konfransında da Putinin mimikasına baxanda hiss olunurdu ki, Rusiya lideri Makronun bütün dedikləri ilə razı deyil. Ziddiyyətlər var. Görüş də kənardan belə mesaj təəssüratı yaradır ki;
“Sən gəlmək istəyirdin, mən sənin yanına gəlməmişəm. Nə təkliflərin ola bilər? Mənə nə deyə bilərsənsə, buyur denən”, - vəziyyət təxminən bu cür görünürdü”.
Politoloq sonda qeyd edib ki, görüş, müzakirələr zamanı manera, jest və mimika ilə sanki Puitin Qərbin Rusiyadan asılı vəziyyətdə qaldığını qabartmaq istəyib:
“Yəni, Qərb bizdən nəsə umur, amma biz onlardan heç nə istəmirik”, - deyə İlqar Vəlizadə fikrini tamamlayıb.
Bizim.Media