Zirəddindən İranla bağlı PROQNOZ - Bu ayda...

Zirəddindən İranla bağlı PROQNOZ - Bu ayda...

Hazırda oxunan: Zirəddindən İranla bağlı PROQNOZ - Bu ayda...

593500

“İranda baş verən hadisələrlə bağlı öncədən proqnoz vermişdik. Çox təəssüf ki, özünü doğrultdu. İranda baş verən daxili qarışıqlığın səbəbi isə Qərb və İngiltərədir. Dünya iqtisadiyyatı onların idarəçiliyində olduğu üçün çox təəssüf ki, İrandakı vəziyyəti idarə edə bilirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Zirəddin Rzayev deyib.

"Qərbin bu kimi iqtisadi silahlardan sabah kimlərə qarşı istifadə edəcəyi də sual altındadır. Bu gün İran, sabah da başqası.

Düşünürəm ki, İran üçün yaz, yayın əvvəlləri, həmçinin aprel ayı təhlükəli və uğursuzdur.

2026-2027-ci illərdə İranda hazırkı hakimiyyət böyük ehtimalla devriləcək. Bu da yay və payız aylarına təsadüf etməlidir. İran üçün sentyabr ayı, o cümlədən 17 rəqəmi daha aktiv tarixi cəhətdən önəmli ay və rəqəmdir.

İranın ali dini lideri Ayətullah Əli Xameneiyə gəldikdə isə öz xalqı istisna olmaqla, ona qarşı heç bir təhlükə görmürəm", - deyə Zirəddin Rzayev qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO