Trampdan İrana daha bir - Gözdağı - VİDEO

Trampdan İrana daha bir - Gözdağı - VİDEO

Hazırda oxunan: Trampdan İrana daha bir - Gözdağı - VİDEO

593495

ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, İran rəhbərliyi ilə təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.

"Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsək, əla olar", - deyə Amerika lideri əlavə edib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO