Rusiya toponimlərimizi niyə təhrif edir? - Tofiq Zülfüqarov: “XİN Moskvaya NOTA verməlidir”

Rusiya toponimlərimizi niyə təhrif edir? - Tofiq Zülfüqarov: “XİN Moskvaya NOTA verməlidir”

Hazırda oxunan: Rusiya toponimlərimizi niyə təhrif edir? - Tofiq Zülfüqarov: “XİN Moskvaya NOTA verməlidir”

59311

Rusiya MN-nin Azərbaycan torpaqlarını Dağlıq Qarabağ, “Stepanakert” və s. saxta adlarla təqdim etməsi nəyə xidmət edir? Narahatçılıq doğuran həm də odur ki, son dövrlər rusların bu addımları intensivləşib. 

Eks xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, bununla bağlı 2 izahat ola bilər:

1. Rusiyanın siyasi “konyektura”sının bu mövzuda dəqiq məlumatı olmaya bilər. Çünki dəqiq coğrafi adlardan istifadə etmirlər.

2. Bunu qəsdən edirlər. 

Bizim.Media-ya danışan Tofiq Zülfüqarov hesab edir ki, istənilən halda Azərbaycan tərəfi bu coğrafi adların siyahısını Rusiyaya təqdim etməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Tofiq Zülfüqarov: “Rusiya Ukraynanın NATO-ya üzvlüyünə BU ŞƏRTLƏ razılıq verəcək”


Sülhməramlıların müvəqqəti məsuliyyət zonasının Azərbaycanın ayrılmaz hissəsi olduğunu nəzərə alaraq Bakı belə bir müraciət ünvanlaya bilər:

“Rəsmi müraciət olmalıdır. Bu notanı Azərbaycan XİN verməlidir”. 

- Bəs Kreml sərhədlərin 1975-ci ildən sonrakı xəritələrlə müəyyənləşdirilməsini əsas gətirərək toponimlərlə bağlı da SSRİ xatırlatması versə, necə? “Sovet İttifaqındakı adlarla sənədləşdiririk” bəhanəsi mümkündürmü?

“Yox, elə şey qəbul edilməzdir. Çünki bu və ya digər adların özbaşına istifadəsini onlara heç kim icazə verməz. Bu baxımdan, onlara birdəfəlik bildirilməlidir ki, hansı adlar istifadə olunmalıdır. Vəssalam. Burada onların seçim etmək hüququ yoxdur. Çünki onlar sülhməramlılardır və bir daha yadlarına salmaq lazımdır ki, sülhməramlı əməliyyatı missiyanı qəbul edən ölkənin suveren hüquqlarının heç birini əlindən ala bilməz. Hesab edirəm ki, notanı Rusiya XİN-ə birdəfəlik vermək və tələb eləmək lazımdır ki, onlar da bunun icrasını təmin etsinlər”. 

- Yəni toponimlərə hörmətlə yanaşsınlar?

“Hörmətlə yox, qanunla. Hörmət məsələsi şəxsi işləridir, amma bu istiqamətdə fəaliyyətlərini qanunauyğun həyata keçirtsinlər. İkincisi, bizə ünvanlanan istənilən sənəddə qeyri-qanuni adların istifadəsi olsa, bu sənədlər qüvvədən düşə bilər”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO