Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutub - FOTO

Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutub - FOTO

Hazırda oxunan: Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutub - FOTO

592853

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər Kadiri rəhbərlik edib.
 

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.


Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın vəziyyəti ilə bağlı məmnunluq ifadə edilib və bu təcrübənin davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Qarşı tərəfə regionumuzdakı son inkişaflar, sülh gündəliyi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO