Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO

Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO

Hazırda oxunan: Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO

592347

Baş nazir Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verib.

Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirilib, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edilib.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO