“Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev "Qarabağ" klubunun "Ayntraxt" üzərində qələbəsi ilə bağlı təbrikində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ - FOTO
“Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın “Qarabağ”!" - Prezident qeyd edib.
Bizim.Media






























































































