İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ - FOTO

İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ - FOTO

Hazırda oxunan: İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ - FOTO

592031

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO


“Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın “Qarabağ”!” - paylaşımda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO