Prezident: Hər il Azərbaycanda xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı keçiriləcək

Prezident: Hər il Azərbaycanda xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı keçiriləcək

Hazırda oxunan: Prezident: Hər il Azərbaycanda xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı keçiriləcək

591822

Bu il Şahdağda Dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Hər il Azərbaycanda ya Dünya, ya da Avropa çempionatının keçiriləcəyini qeyd edən dövlətimizin başçısı bildirib: “Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə – Formula 1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra artım 20 faiz oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO