“Ermənistan və Azərbaycan arasında başa çatan hərbi münaqişədəki insan itkilərinin yerini heç nə ilə doldurmaq olmaz. İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi. Demək istəyirəm ki, sülh sazişini paraflamağa nail olduq, çünki hər iki ölkənin siyasi liderləri buna hazır idi”
Bizim.Media xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan Davos forumunda keçirilən panel müzakirəsində bildirib.
O qeyd edib ki, bu da məsələnin həllinə kömək etdi: İki dövlətin liderləri öz xalqlarının gələcəyini, sülh və rifah yolunu seçiblər:
"İnsan itkilərini heç vaxt bərpa edə bilməyəcəyik. Məhz buna görə də siyasi liderlərin münaqişələrin sülh yolu ilə həllində rolu son dərəcə vacibdir. Hər şey liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji hədəflərə doğru irəli baxmaq qabiliyyətindən asılıdır. Məhz bu, ölkələrin uğurunu müəyyən edir. Bu, hər şeydən üstündür".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:07 / 20.01.2026
“İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi” - Ermənistan Prezidenti
Hazırda oxunan: “İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi” - Ermənistan Prezidenti
Hazırda oxunan: “İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi” - Ermənistan Prezidenti
591788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































