"2023-cü il çox gərgin keçəcək, ölkəmizin də yerləşdiyi bölgə böyük hadisələr ərəfəsindədir"

Hazırda oxunan: "2023-cü il çox gərgin keçəcək, ölkəmizin də yerləşdiyi bölgə böyük hadisələr ərəfəsindədir"

591275
NATO-nun Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer Portuqaliyanın RTP telekanalına müsahibəsində Qərb dünyasını Alyansın Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduğuna əmin edib. 
 
İranın İsfahan, Həmədan və Kərəc şəhərlərindəki hərbi zavodları pilotsuz uçuş aparatlarının hücumana məruz qalıb. Bu zavodlarda pilotsuz uçuş aparatlarının və mərmilərin istehsal olunduğu güman edilir. Mənşəyi məlum olmayan hücum nəticəsində Həmədan və Kərəc şəhərlərindəki hərbi zavodlarda partlayış baş verib. 
 
ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson yanvarın 29-dan fevralın 3-dək Oman, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə səfəri başlayır. Bu ölkələrdə Brayan Nelson rəsmi şəxslər, o cümlədən biznes və maliyyə qurumlarının nümayəndələri ilə görüşərək Rusiyanın sanksiyalardan yayınmasına yardım etməmələri ilə bağlı xəbərdarlıq edəcək. Bu, ABŞ-ın adı çəkilən ölkələrə ikinci və son xəbərdarlığı olacaq. Bundan əvvəl ABŞ maliyyə nazirinin digər müavini Uolli Adeyemo Ankaraya səfər edərək Rusiyanın sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməyə çalışdığı haqqında xəbərdarlıq etmişdi. 
 
Nazir müavini Brayan Nelson Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxsləri ilə İranın bölgədə sabitliyi pozmağa yönəlmiş fəaliyyətini də müzakirə edəcək.
 
Bu məlumatlar 2023-cü ilin çox gərgin keçəcəyindən xəbər verir. Ölkəmizin də yerləşdiyi bölgə böyük hadisələr ərəfəsindədir.
 
Xaqani Cəfərli, politoloq
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO