Xarici işlər naziri Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü

Xarici işlər naziri Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü

Hazırda oxunan: Xarici işlər naziri Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü

0:00
0:00
59071

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini qeyd edib və Türk Şurasının Katibliyinin fəaliyyətini məmnunluqla vurğulayıb.

Bölgədəki cari vəziyyətlə bağlı qarşı tərəfə məlumat verən nazir, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edib. Bu xüsusda, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin infrastrukturun qurulması prosesində iştirakının önəmli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı Azərbaycana 2 milyardlıq maliyyə paketi ayırdı


Baş katib Bağdad Amreyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində aktiv fəaliyyətini və dəstəyini məmnunluqla qeyd edib.

Həmçinin o, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq və regional təşkilatlar ilə əməkdaşlıq perspektivlərindən danışıb.

Görüşdə Türk Dövlətləri Təşkilatının gündəliyində olan digər məsələlər, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər və tədbirlər barədə müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO