Prezident: “Mövcud yol infrastrukturu artıq bizə kifayət etmir” – VİDEO

Prezident: “Mövcud yol infrastrukturu artıq bizə kifayət etmir” – VİDEO

Hazırda oxunan: Prezident: “Mövcud yol infrastrukturu artıq bizə kifayət etmir” – VİDEO

589195

“Biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra etdik, mən onların bəzilərini sadaladım. Bu, bizə imkan verdi ki, müəyyən mərhələdə özümüzü tıxaclardan sığortalayaq. Ancaq inkişaf göz qabağındadır, əhali artır, maşınların sayı artır. Hər il ölkəmizə on minlərlə yeni avtomobil gətirilir. Onların istismar müddəti ilə bağlı indi müəyyən məhdudiyyətlər də qoyulur. Yerli avtomobil istehsalı artır. Ona görə mövcud yol infrastrukturu artıq bizə kifayət etmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Onu da bilməliyik ki, biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. 

Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir. Artıq Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqləndi. Qeyd etdiyim kimi, 10 yeni metro stansiyasının yeri də müəyyən olundu. O yerlər artıq onların sərəncamına verildi. Bundan başqa, əlavə iki depo da tikiləcək. Mövcud olan metro stansiyalarında optimallaşma layihələri icra edilir. Mən qeyd etdim, son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?

Mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. 

Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb. Yeni parklar, ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq onun nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapır. Misal üçün, biz bunu Mərkəzi Parkın timsalında görə bilərik. Vaxtilə çox ensiz, dar küçələr idi. İndi çox geniş küçələr və faktiki olaraq bu istiqamətdə, yəni Heydər Əliyev Sarayından da yuxarı istiqamətə getmək üçün çox geniş imkanlar yaradılıb.

“Sovetski” adlandırılan ərazinin köçürülməsi prosesi davam edir və orada da ancaq ictimai yerlər, parklar salınmalıdır. Süni göllər yaradılacaq və nəqliyyat sistemi qurulacaq, o cümlədən metro stansiyaları, Ağ Şəhərdə metro stansiya”, - deyə dövlət başçısı əlavə edib.



Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO