''Qarabağda 32 şəhərcik qurulacaq'' - Şoyqu planlardan danışdı

''Qarabağda 32 şəhərcik qurulacaq'' - Şoyqu planlardan danışdı

Hazırda oxunan: ''Qarabağda 32 şəhərcik qurulacaq'' - Şoyqu planlardan danışdı

5886

Noyabrın 10-da əldə olunan üçtərəfli razılığa müvafiq olaraq Rusiya hərbi kontingenti tərəfindən Dağlıq Qarabağ ərazisində uğurla sülhməramlı əməliyyatı həyata keçirilir.

Bizim.Media-nın məlumatına görə, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident kollegiya iclasında deyib.

O bildirib ki, Rusiya qoşunları 23 müşahidə məntəqəsində vəzifələrinin icrasına başlayıblar:

“Bu günə kimi bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib. Laçın dəhlizi ilə mülki nəqliyyatın təhlükəsiz hərəkəti açıq dəstəklənir. Rusiya sülhməramlılarının rəhbərliyi ilə Azərbaycan və Ermənistan tərəfləri arasında “Hamının hamıya” prinsipi əsasında hərbi əsirlərin mübadiləsi baş tutub. Eləcə də həlak olanların meyitlərinin mübadiləsi olub”.

Nazir qeyd edib ki, dinc sakinlər tam təhlükəsiz şəraitdə yaşadıqları rayonlara qayıdırlar və evlərini bərpa edirlər:

“Onlara rusiyalı hərbçilər kömək edirlər. Noyabrın 14-dən rusiyalı sülhməramlılar 42 mindən çox qaçqının qayıtmasını təmin edib. Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi həyata keçirilir.  Rusiyalı sülhməramlılarının yerləşdirilməsi üçün Xankəndidə 330 nəfərlik iki müasir modul tipli şəhərcik qurulub.

Gələn ilin 1 aprel tarixinədək 32 şəhərcik quracağıq. Nəticədə sülhməramlıların xidmət aparmaları və məişəti üçün komfort şərait yaradılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO