Putin

Putin "Narışkinin əlaqələrinin araşdırılması" məsələsi ilə maraqlanmayıb

Hazırda oxunan: Putin "Narışkinin əlaqələrinin araşdırılması" məsələsi ilə maraqlanmayıb

5885

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Putinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Azərbaycan diasporası ilə əlaqələri barədə məlumatlara biganə yanaşdığını deyib.

Bizim.Media İzvestiya.ru-ya istinadən xəbər verir ki, mətbuat katibi bildirib ki, Kremlin rəhbəri ümumiyyətlə bu barədə yayılan söhbətlərlə heç maraqlanmayıb. 

Xatırladaq ki, bir müddət əvvəl "Proekt" nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Dağlıq Qarabağdakı müharibə zamanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubovun ailəsi ilə birgə Moskvada olduğunu iddia edən araşdırma yazı dərc edib. Digər iddiaya görə Narışkinin azərbaycanlı iş adamı Qod Nisanovla da yaxın dostluq münasibətində olduğu üçün onun əmlakından rahat şəkildə istifadə edir.

Rusiya mətbuatı bu cür sadəlövh infomasiyalar yaymaqla Azərbaycanın II Qarabağ Savaşında əldə etdiyi uğurları ciddi cəhdlə kölgə altına salmaq fikrindədir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO