Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Hazırda oxunan: Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

587309

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərində 2-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşündə maraqlı anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, çıxış edən qadın sakini Mehriban Əliyeva ayağa qalxaraq təsəlli edib, həmin çıxış Prezident İlham Əliyevi də kövrəldib.  

“Yəqin yadınızda olar, o vaxt çəkiliş olanda 79 yaşım var idi, indi 83 yaşımın içindəyəm, - burada, bu torpağın üstündə Sizinlə birlikdə, bütün xalqımla birlikdə durmağı Allah-Taala mənə nəsib etdiyinə görə çox şadam. Çox şükür, o açar təkcə evimin açarı deyil, o torpağımızın açarıdır, qızıl açardır. Çox şadam, Allah Sizi var eləsin, canınız sağ olsun. O vaxt Allah-Taaladan möhlət arzuladım ki, torpağımızın alınması münasibətilə gəlim, burada Sizə, Mehriban xanıma təşəkkürümü bildirim”, - deyə qadın sakin bildirib.

 

                      

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO