Paşinyan: “Azərbaycanla sülhün əldə olunması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq”

Paşinyan: “Azərbaycanla sülhün əldə olunması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq”

Hazırda oxunan: Paşinyan: “Azərbaycanla sülhün əldə olunması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq”

586882

“Ermənistan hazırda ABŞ ilə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsi üzrə ikitərəfli danışıqlar aparır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı bildirib.
 

“Hazırda biz ABŞ ilə TRIPP yolunun icrasına başlanması və onun tikintisi ilə bağlı çox konstruktiv ikitərəfli danışıqlar aparırıq. Bu, regionumuzda həqiqətən çox böyük və məzmunlu dəyişikliklərdir. Burada Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizə aid çoxlu nüanslar var. Bu gün, düşünürəm ki, bütün bunları müzakirə etmək üçün çox yaxşı fürsətdir”, - Paşinyan deyib.


Baş nazir həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması Rusiya ilə münasibətlər üçün də yeni imkanlar açacaq.

Qeyd edək ki, Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak üçün Sankt-Peterburqa səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO