İlham Əliyev:

İlham Əliyev: "İclasın bəzi iştirakçıları koronavirusa yoluxub"

Hazırda oxunan: İlham Əliyev: "İclasın bəzi iştirakçıları koronavirusa yoluxub"

0:00
0:00
58687

“Bildiyiniz kimi, keçən il iclasımız videokonfrans vasitəsilə olmuşdu. Lakin pandemiya ilə bağlı bəzi narahatçılıqlara baxmayaraq, çox şadam ki, siz iclasda şəxsən iştirak etmək qərarını verdiniz”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan daha bir nəhəng enerji layihəsinə qoşula bilər - PREZİDENT AÇIQLADI


​​​​​​​Dövlət başçısı əlavə edib ki, iclasın bəzi iştirakçıları koronavirusa yoluxub:

“Eyni zamanda, təəssüf hissi ilə demək istəyirəm ki, iclasın bəzi iştirakçılarının koronavirusa yoluxması aşkar olunub və buna görə də onlar bu gün fiziki olaraq burada iştirak edə bilmirlər.
Mən onlara möhkəm cansağlığı, tezliklə sağalmalarını arzulayıram. Əminəm ki, Azərbaycan həkimləri onların mümkün olduğu qədər tez normal həyata qayıtması üçün hər şey edəcəklər”, - dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO