İlham Əliyev Avropa İttifaqının komissarı ilə nəyi müzakirə etdi? - YENİLƏNİB/VİDEO

İlham Əliyev Avropa İttifaqının komissarı ilə nəyi müzakirə etdi? - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: İlham Əliyev Avropa İttifaqının komissarı ilə nəyi müzakirə etdi? - YENİLƏNİB/VİDEO

58620

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakına və dəyərli çıxışına görə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsona təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini qeyd edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini bildirib. Bu layihənin birgə əməkdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatdırıldığını deyib.

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrin ikitərəfli və çoxtərəfli əsasda enerji sahəsində əməkdaşlıq üzrə yeni ideya və planların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Bu toplantının Cənub Qaz Dəhlizi xətti ilə qazın Avropa İttifaqına çatdırılmasından bir il sonrakı dövrə, həm Avropa İttifaqı, həm də Azərbaycanın yeni “yaşıl enerji” strategiyasına keçidi mərhələsinə və hazırda dünya qaz bazarında baş verən qiymət dəyişmələri və digər tendensiyalar şəraitinə təsadüf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan tədbirdə aparılan müzakirələrin önəmini qeyd edib.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirib və bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə edib.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edən Kadri Simson Avropa İttifaqının enerji təminatının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini deyib və bu xüsusda Cənub Qaz Dəhlizinin önəmini vurğulayıb.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan alternativ və bərpaolunan enerji konsepsiyasını inkişaf etdirir və ölkəmizdə bu sahə xarici sərmayədarları cəlb edir.

*** 12:41

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Prezidentin Mətbuat Xidməti yayıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO