WUF13-ün Təşkilat Komitəsinin növbəti iclası keçirilib - FOTO

WUF13-ün Təşkilat Komitəsinin növbəti iclası keçirilib - FOTO

Hazırda oxunan: WUF13-ün Təşkilat Komitəsinin növbəti iclası keçirilib - FOTO

585066

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.
 

Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiq edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını deyib.


Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib.

O, WUF13-ün 2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.

Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.
 

Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.


İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO