Əli Əsədov Aşqabadda Sərdar Berdiməhəmmədov ilə görüşdü – FOTO

Əli Əsədov Aşqabadda Sərdar Berdiməhəmmədov ilə görüşdü – FOTO

Hazırda oxunan: Əli Əsədov Aşqabadda Sərdar Berdiməhəmmədov ilə görüşdü – FOTO

585054

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO