Prezident 5 illik konsepsiyanı təsdiqlədi – SƏRƏNCAM

Prezident 5 illik konsepsiyanı təsdiqlədi – SƏRƏNCAM

Hazırda oxunan: Prezident 5 illik konsepsiyanı təsdiqlədi – SƏRƏNCAM

585019

Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Konsepsiyanın məqsədləri mövcud imkan və resurslar nəzərə alınmaqla, Azərbaycanda məhkəmə ekspertizası sahəsinin qabaqcıl beynəlxalq standartlara və müasir çağırışlara uyğun təşkil edilməsinə, ekspert rəylərinin keyfiyyətinin artırılmasına, insanların hüquq və azadlıqlarının etibarlı təmin olunmasına, ədalət mühakiməsinin çevik və səmərəli aparılmasına nail olmaqdan ibarətdir

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO