İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu - FOTO

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu - FOTO

Hazırda oxunan: İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu - FOTO

584493

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev Slovakiyaya GETDİ – FOTO


Bizim.Media xəbər verir ki, Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 

Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.


Dövlət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO