Ceyhun Bayramovdan Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməsi təklifinə REAKSİYA

Ceyhun Bayramovdan Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməsi təklifinə REAKSİYA

Hazırda oxunan: Ceyhun Bayramovdan Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməsi təklifinə REAKSİYA

584443

“Azərbaycan ABŞ Prezidenti tərəfindən Qəzzada təklif olunan sülh planını müsbət qarşılayır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
 

“Azərbaycan ABŞ-dan Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb. Biz bu dəvəti alan ilk ölkələrdən biri olmuşuq. Bunu Azərbaycanın nadir ölkələrdən biri kimi, bütün region ölkələri ilə yaxşı əlaqələrinin olması ilə əsaslandırırlar. Bizi maraqlandıran və narahat edən bir sıra məsələlərlə bağlı sorğular göndərmişik.


Alacağımız cavabların dolğun olması zəruridir. Bəzi suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur”, - Ceyhun Bayramov qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl “Politico” Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlərin İndoneziya, Azərbaycan və Pakistanın olduğunu yazıb.

ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO