Referendumdan sonra parlament BURAXILACAQ? – Tural Abbaslıdan TARİX və DEPUTAT SAYI...

Referendumdan sonra parlament BURAXILACAQ? – Tural Abbaslıdan TARİX və DEPUTAT SAYI...

Hazırda oxunan: Referendumdan sonra parlament BURAXILACAQ? – Tural Abbaslıdan TARİX və DEPUTAT SAYI...

58435

“Deputatların sayının artırılması məqbuldur. Çünki bizdə 125 deputatdır. Amma Gürcüstan əhalisi Azərbaycandan az olsa da, deputatların sayı bizdən çoxdur. Milli Məclisə 125 deputat müəyyən edilən zaman əhalimizin sayı 7 milyon idi.

Yəni, hardasa 30 % əhali artıb. Hətta 7 milyonu ölçəndə 50 faiz artıb.

Parlamentari sayını azı 30 faiz artıranda 200-201 millət vəkili olur” deyən Ağ Partiya başqanı Tural Abbaslı bildirib ki, bunun özü faydalıdır. Çünki parlament qanunverici orqan olmaqla yanaşı, deputatlar müxtəlif regionları təmsil edirlər. Bölgələrdəki problemlərin həllində isə millət vəkillərinin insanlarla daha sıx təmasda olması gərəkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı kimə təlxək yazıçı dedi? - “İçəndən-içənə danışa bilən adamlar deyir ki...” – VİDEO


Bizim.Media ilə söhbət zamanı Tural Abbaslı qeyd edib ki, sözügedən sıx təmasın təşkili üçün deputatların sayı artırılmalıdır. 50 min seçiciyə bir deputatın düşməsi çox azdır:

“Bunun üçün deputat sayının artırılmasının tərəfdarıyam. Referendum keçirilməli, konstitusiyada dəyişikliklər olmalıdır. Düşünürəm ki, yubatmadan etmək lazımdır. Yaxın aylarda referendum təyin edib – apreldə, yaxud həmin ayın sonlarında referendumu keçirib. Ondan da 3-4 ay sonra parlamenti buraxıb, yeni konstitusiyaya uyğun şəkildə parlamenti formalaşdırmaq daha məqsədəuyğun olar”, - deyə Tural Abbaslı fikrini tamamlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO