Hikmət Hacıyev CNN TÜRK-ə danışdı: “Ermənistanla sülhü möhkəmləndirəcəyik” - VİDEO

Hikmət Hacıyev CNN TÜRK-ə danışdı: “Ermənistanla sülhü möhkəmləndirəcəyik” - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev CNN TÜRK-ə danışdı: “Ermənistanla sülhü möhkəmləndirəcəyik” - VİDEO

584344

"Bu ilin sonuna qədər barış anlaşmasının imzalanıb-imzalanmayacağı, yaxud prosesin 2026-cı ilə qədər uzanacağı əsasən Ermenistanın konstitusiyasının dəyişdirilməsindən və ya yeni bir konstitusiyanın qəbulundan asılı olacaq. Bu dəyişikliklər baş verdikdən sonra düşünürük ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ciddi bir maneə qalmayacaq."

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumu sonrası "CNN Türk" televiziyasına verdiyi açıqlamada bildirib.
 

Hikmət Hacıyev qeyd edib ki, hazırda reallıq ondan ibarətdir ki, faktiki olaraq Azərbaycan və Ermənistan arasında sülh mövcuddur. Bəzən belə olur ki, dövlətlər arasında kağız üzərində sülh müqaviləsi olur, lakin real vəziyyətdə sülh təmin edilmir. Amma bu gün biz sözün əsl mənasında iki ölkə arasında sülhün mövcud olduğunu görürük və bu prosesin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atmağa davam edirik.


Prezidentin köməkçisinin sözlərinə görə, hazırkı gündəmdə duran ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizidir: "Fikrimiz budur ki, xüsusilə qardaş Türkiyə və Azərbaycanın dövlət başçılarının liderliyi ilə Zəngəzur dəhlizini mümkün qədər tez bir zamanda işə salaq.

Bu istiqamətdə — yəni Bakıdan Zəngilana qədər uzanan həm dəmir yolu, həm də avtomobil yolu xətlərinin tikintisi artıq son mərhələdədir. Bu işlərdə Türkiyə şirkətləri də aktiv şəkildə iştirak edir. İnşallah, 2026-cı ilin ortalarına qədər layihənin Azərbaycan hissəsi tam başa çatdırılacaq."
 

Hikmət Hacıyev qeyd edib ki, layihənin ikinci hissəsi — adətən “Ermənistan seqmenti” və ya “Mərkəzi dəhliz hissəsi” adlandırılan bölüm Ermənistan ərazisindən keçir. Hazırda bu istiqamətdə ABŞ ilə Ermənistan birgə işləyirlər və biz onların qərarlarını gözləyirik:


"Ümid edirik ki, orada da yaxın müddətdə praktiki işlərə başlanacaq. Üçüncü seqment Naxçıvan hissəsidir. Naxçıvan ərazisində ümumilikdə 188 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolu mövcuddur. Lakin bu xətlərin bərpası, yenidən qurulması və daha modern şəkildə inkişaf etdirilməsi üçün müəyyən ehtiyaclar var".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO